Yenilənmiş Ünsiyyət klubu

Dünəndən etibarən Xaricidil.net saytındakı Rus dili və İngilis dili ünsiyyət klubları üçün proqram təminatı yeniləndi. Əvvəlki sistemdən fərqli olaraq giriş sərbəst yox, sayt rəhbərliyi tərəfindən təsdiqlənməli olan qeydiyyat ilə aparılır. Məqsəd istifadəçilərin ünsiyyət klubundan təyinatı üzrə istifadə etmələrini təmin etmək, keyfiyyətə dah effektiv nəzarət etmək, qeyri ciddi yanaşan istifadəçilərin sayını minimuma endirməkdir.

Həmçinin yeni proqram təminatı funksional baxımdan çox faydalı olan yeniliklər etməyə imkan verəcək. (Məsələn səsli ünsiyyət planlaşdırılır.)

Yeni ünvan: http://xaricidil.net/conversation/index.php

Video dərslərin əlavə edilməsinə start verdik

Xaricidil.net saytında bundan sonra video dərslər də görə biləcəksiniz. Artıq ilk video dərsimiz Başlanğıc səviyyə, Dərs 1-ə əlavə edilib, buyurub baxa bilərsiniz http://xaricidil.net/?inc=lessons&lesson=Lesson%201&degree=beginner

Zaman-zaman digər dərslər də video əlavə ilə təmin olunacaq ki, istifadəçilərimiz dərslərdən daha çox fayda götürə bilsinlər.

Saytın əksər xidmətləri kimi “Video dərslər” də pulsuzdur və istifadəyə tam açıqdır.

İlk video dərsin müəllifi Əhməd Sadıqovdur.

Videolar Xaricidil.net layihəsinin rəsmi Youtube kanalında saxlanılır.

Saytda daxil olmaqda problem var? Bizə yazın.

Əgər sizin Xaricidil.net saytına daxil olmaqda hər hansı probleminiz varsa, lütfən bu barədə əlaqə bölməsindən bizə məlumat verin, köməklik göstərməyə çalışaq. Son zamanlar bu haqda bir sıra məktublar aldığımızdan bəzi providerlərimizdə saytın açılması ilə bağlı arabir problemlərin olduğu qənaətinə gəlmişik.

Əlaqə bölməsi: http://xaricidil.net/?inc=contact  (Birbaşa email: info @ xaricidil.net)

P.S. Eyni zamanda Internet providerinizə zəng edərək problemi onlara çatdıra bilərsiniz.

Aparılan bəzi islahatlar haqda

Bu gün – 30 iyul 2012-ci ildə Xaricidil.net saytının strukturunda bəzi islahatlar aparıldı.

1. Saytın yeni rəsmi bloqu fəaliyyətə başladı

2. Forum bölməsi aktuallığını itirdiyindən ləğv edildi.

3. Minibloq bölməsi aktuallığını itirdiyindən ləğv edildi.

4. “Sadəcə ünsiyyət” bölməsi test rejimindən çıxmayaraq fəaliyyətini dayandırdı. Səbəb testin uğurlu olmaması.

İslahatları aparmaqda məqsəd  layihənin müasir tələblərə maksimum cavab verə bilməsidir. Məhz bu səbəbdən də inkişafa mane olan, aktuallığını itirən bölmələr ləğv edilir ki, əsas bölmələr üzrə daha yaxşı fokuslanmaq mümkün olsun.

Layihənin daha faydalı olması yönündə işlər davam etdirilir.(hazırki platformanın daha faydalı olması, yeni dillər əlavə edilməsi və.s.)

Xaricidil.net saytının rəsmi bloqu fəaliyyətə başladı.

Xaricidil.net saytının rəsmi bloqu fəaliyyətə başladı. Bu bölmədə saytda baş verən yeniliklər, bəzi məsələlərin izahı və.s. yer alacaqdır.

Nəzərinizə çatdırırıq ki, bu yeni yaranan bloqdan savayı saytın Twitter, Weboxu, RSS, Youtube kanalları və Facebook səhifəsi də mövcuddur.